UEFA reytinqi: Azərbaycan yerində qaldı, Danimarka irəlilədi

Avropa Liqasında Liqa mərhələsinin ilk 9 oyunundan sonra ölkələrin yeni UEFA reytinqi açıqlanıb. Newsport.az xəbər verir ki, baş tutan görüşlər cəmi bir yerdəyişməyə səbəb olub.

Belə ki, Danimarka bir pillə irəliləyərək, 15-ci yerə yüksəlib. Əvəzində Yunanıstan 16-cı pilləyə düşüb.

Azərbaycan isə 19,125 xalla reytinq cədvəlində 26-cı pillədədi. “Qarabağ” bu gün “Tottenhem”lə səfər görüşündə xal qazanarsa, ölkə reytinqinə də əmsal əlavə olunacaq.

Ölkələrin UEFA reytinqində İngiltərə (90,303 xal) birincidi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right