Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində AZAL-ın qonağı olacaq "Kəpəz” bu gün məşqlərə başlayıb.
Newsport.az-ın məlumatına görə, "Qəbələ” ilə səfər matçının ertəsi bərpaedici prosesdən sonra futbolçulara bir günlük istirahət verən məşqçilər korpusu bu gün komandanı yenidən bir araya yığıb.
"Sarı-göylər” qarşıdakı görüşün hazırlığına Bakıda, "Dalğa Arena”da start veriblər. Komandanın sabahkı məşqi də eyni məkanda olacaq. "Kəpəz” oyun öncəsi son məşqini isə noyabrın 6-da qarşılaşmanın baş tutacağı "AZAL Arena”da keçirəcək.
Qeyd edək ki, AZAL – "Kəpəz” oyunu noyabrın 7-də keçiriləcək və saat 16:30-da başlayacaq.