I Liqa və II Liqada “Ayın qolu” seçiləcək

Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinə I Liqa və II Liqada da start verilir. 

Newsport.az xəbər verir ki, ilk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək.

PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.

I Liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right