“Xəzər Lənkəran” “Qarabağ” üçün 2 itki ilə başlayır

Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Rəvan"a minimal hesabla qalib (1:0) gələn " Xəzər Lənkəran” sabah hazırlıqlara başlayacaq.

Newsport.az-ın məlumatına görə, komanda "Rəvan” üzərindəki  qələbədən sonra iki günlük istirahəti başa vurub Lənkəranda məşqlərinə start verəcək.
Bu arada son matçda zədələnərək oyunu erkən tərk edən Adrian Skarlatakenin durumu bəlli olub. Təcrübəli futbolçu "sol ayağın diz nahiyəsi  arxa bağlarının qopması” ilkin diaqnozu ilə iki aylıq sıradan çıxıb. Belə də son həftə ərzində Orxan Əliyevdən sonra ikinci oyunçu əməliyyat olunacaq.
Uzun müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanov isə sabahdan etibarən fərdi məşqlərə başlayacaq.
Xatırladaq ki, " Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının 12-ci turunda  " Qarabağ”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right