"Şamaxı" 5 ulduzlu otellə əməkdaşlığa başladı

“Şamaxı” Futbol Klubu Böyük Qafqaz dağlarının və Şamaxı təbiətinin qoynunda yerləşməklə ölkədə tanınmış istirahət mərkəzi olan 5 ulduzlu “Shamakhi Palace Sharadil” oteli ilə yeni bir əməkdaşlığa başlayır.

Newsport.az-ın məlumatına görə, əməkdaşlığın şərtlərinə əsasən, əsas komanda “Shamakhi Palace Sharadil” otelində məskunlaşacaq, gündəlik olaraq keyfiyyətli qidalanma ilə təmin olunacaq, otelin konfrans zalı, hovuz, spa, fitnes və digər xidmətlərindən istifadə edəcək.

Qeyd edək ki, "Şamaxı"nın 2022-ci ilin iyun ayından etibarən məskunlaşdığı “Şirvan” Otel yaxın günlərdə əsaslı təmirə bağlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right