UEFA-dan Kamal Umudluya növbəti təyinat

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq. K.Umudluya Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.

Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right