“Araz-Naxçıvan”ın kapitanı “100”ə çatdı

“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Newsport.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib.

Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb. Vadim 100 matçı 5 fərqli klubda keçirib. O, “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb. 29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb.

Qeyd edək ki, Vadimin debütü 2012-ci mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right