“Turan Tovuz” rəhbərliyi şikayət etdi, bu şəxs tutuldu

“Turan Tovuz” rəhbərliyi yerli hüquq-mühafizə orqanlarına şikayət edib.

Onların müraciəti əsasında Şəhriyar adlı azarkeş saxlanılıb.

Adıçəkilən fanat Premyer Liqanın 7-ci turu çərçivəsində «Araz-Naxçıvan»la keçirilən matçdan (1:2) sonra yerli polis şöbəsinə aparılıb.

Hadisədən qabaq stadionda onunla klub nümayəndələri arasında mübahisə yaşanıb. Şəhriyarın rəhbərlik və komandayla bağlı səsləndirdiyi bəzi fikirlər qarşı tərəfin xoşuna gəlməyib.

Akademiyanın inkişaf üzrə direktoru Eltay Aslanov və əvəzedici heyətin baş məşqçisi Nizami Ocaqverdiyev fanatdan şikayətçi düşüb.

Yadınızdadırsa, avqustun 4-də “Turan” tərəfdarı Nadir Nəbiyevə sahib çıxdı” başlıqlı xəbər yaymışdıq.

Bildirmişdik ki, tovuzlu tərəfdarlar klubun sabiq idman direktoru Nadir Nəbiyevə sadiqlik nümayiş etdirib. Onlar bunu «Neftçi» ilə səfər matçında göstəriblər.

Belə ki, bölgədən paytaxta gəlmiş tərəfdarlar Premyer Liqanın açılış görüşündə diqqət mərkəzinə düşüblər.

“Nadir Nəbiyev – “Turan”ın legendası” plankartı qaldıran fanatlar bununla klub rəhbərliyinin son qərarına mədəni şəkildə etiraz bildirblər.

Bilindiyi kimi, iyulun sonunda «Turan Tovuz»un rəhbərliyində ayrılıq halı qeydə alınıb.10 ilə yaxınd ır burada çalışan Nadir Nəbiyev iş yerini itirib. Klub rəhbərliyi ona yeni müqavilə təklif etməyib.

Nəbiyev Tovuz futbolunun əfsanəsidir. Uzun illər idman direktoru postunu tutub. Ötən ildə isə vəzifəsi dəyişdirilib, uşaq futbolunun inkişafı üzrə direktor təyin olunmuşdu.

Bu arada o da məlum olub ki, məlum plankartı Şəhriyarın özü hazırlayıb. Görünür, bu hərəkəti «Turan» rəhbərliyinin ürəyində həmin vaxt qıcıq yaradıb, indi isə onu cəzalandırmağı fürsət biliblər.

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right