AZAL-ın kapitanı, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Seymur Əsədovun zədəli olmasından xərdarsınız.
Newsport.az-ın məlumatına görə, diz bağlarındakı zədədən əziyyət çəkən futbolçu yaxın günlərdə əməliyyat olunmalıdır. Əldə etdiyimiz məlumata görə, Seymur əməliyyatı Türkiyədə baş tutacaq. Gənc kapitan bu məqsədlə bu gün Türkiyəyə yollanacaq. Onun əməliyyatı yaxın 2-3 gün ərzində baş tutacaq.