UEFA: Sonun "Qarabağ"la oyunu xatırlamaq üçün iki səbəbi var

UEFA-nın rəsmi saytı “Tottenhem” və “Qarabağ” klubları arasında Londonda keçiriləcək Avropa Liqasının əsas mərhələsinin açılış matçından danışıb.

Newsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytı cənubi koreyalı haqda bunları yazıb:

"Son Hın-Mın Azərbaycanın ən güclü komandasına qarşı son ev oyununu xatırlamaq üçün iki əsas səbəbi var. Cənubi koreyalı 2015/2016 mövsümündə Avropa Liqasında "Qarabağ"a 2 qol vurub və "Tottenhem" matçı 3:1 qalib başa vurub. Londonlular şübhəsiz ki, bir illik fasilədən sonra Avropa yarışlarında özlərini ən yaxşı tərəflərini göstərmək istəyəcəklər".

Qeyd edək ki, komandalar arasında görüş sentyabrın 26-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right