"Neftçi"dən antirekord

“Neftçi” tarixinin antirekorduna imza atıb.

Newsport.az xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Bu, Misli Premyer Liqasının cari mövsümündə gerçəkləşib. VII turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri startdakı yeddi oyunda qələbə qazanmayıb.

“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right