"Turan Turan" "Araz-Naxçıvan"a uduzdu Yenilənib

Misli Premyer Liqasında 7-ci tur davam edir.

Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib. "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə "Araz-Naxçıvan" ən azı sabah keçiriləcək "Səbail" - "Sabah" oyununun yekun nəticəsinə qədər 3-cü pilləyə yüksəlib. "Turan Tovuz" bu mövsüm ilk dəfə uduzub. Komanda bununla da yenidən lider olmaq şansını itirərək 2-ci pillədə qalıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 7-ci tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” - 1:2 

Qollar: Ramon Maçado, 44 (0:1), Abbas Qüseynov, 48 (1:1), Felipe Santos, 55 (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right