"Qarabağ" "Neftçi"ni, "Şamaxı" "Kəpəz"i məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 7-ci tur start götürüb.

Newsport.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Şamaxı" ilə qarşılaşıb. Matçda "Şamaxı" 2:0 hesabı ilə qalib gəlib.

Günün 2-ci oyununda "Azersun Arena"da əzəli rəqiblər üz-üzə gəlib. Azərbaycan derbisində son çempion "Qarabağ" "Neftçi"ni qəbul edib. Görüş "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” ardıcıl 5 qələbəsini qazanıb, “Neftçi” isə 13 görüşdür qalib gəlmir. Ağdam klubu bu qalibiyyət sayəsində liderliyə yüksəlib.

Qeyd edək ki, tura 21 və 22 sentyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq. 

Misli Premyer Liqası, 7-ci tur

20 sentyabr

20:00. “Qarabağ” – “Neftçi” - 4:0

Qollar: Robert Bauer, 18 - avtoqol (1:0), Juninyo, 29 (2:0), Yassin Benzia, 45+2 (3:0), Leandro Andrade, 90+1 (4:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Azərsun Arena

17:00.“Kəpəz” – “Şamaxı” - 0:2

Qol: Brahim Konate, 16, Giorgi Kantaria, 19
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right