Dəqiqləşdi: “Xəzər Lənkəran”ın futbolçusu Bakıda yoxsa ölkə xaricində əməliyyat olunacaq?

Xəzər Lənkəran”ın futbolçusu Orxan Əliyevin əməliyyat olunacağı ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
Lakin Orxanın əməliyyatı ilə bağlı ölkə mətbuatında bir sıra maraqlı fikirlər səslənir.

Newsport.az saytının məlumatına görə,bəzi mənbələr cənub klubunun Orxanı əməliyyat etdirməyə pul tapmadığını, bəzi mənbələr isə Orxanın ölkə xaricində əməliyyat olunmaq istəməsi ilə bağlı xəbərlər yazır.
Cənubluların sözcüsü Hüseyn Cəbrayıloğlunun saytımıza verdiyi açıqlamaya görə
, Əliyev yaxın 1-2 gün ərzində əməliyyat olunacaq. Onun əməliyyatı Mərkəzi Gömrük Hospitalında baş tutacaq. Onun əməliyyatı Gömrük Hospitalının cərrahı Altay Cəfərli tərəfindən həyata keçiriləcək.Bütün xərclər klub tərəfindən ödəniləcək.

Qeyd edək ki, Əliyevin əməliyyatdan 2 ay sonra sıralara dönəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right