Qara Qarayev “Neftçi”dən ayrıldı

“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Newsport.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay rəhbərliyin qərarı ilə əvəzedici komandaya göndərilmişdi. 

Qarayevin hansı komandaya gedəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right