“Kəpəz” daha bir legioner gətirdi

“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.

Newsport.az xəbər verir ki, Dioqo Verdaska mövsümün sonuna kimi “Kəpəz”in şərəfini qoruyacaq.

Portuqaliyalı oyunçu müdafiəçi mövqeyində çıxış edir.

27 yaşlı Verdaskanın son klubu İspaniyada Sequnda (LaLiga 2) təmsilçisi “Mirandes” olub. “Porto”nun yetirməsi olan Dioqo İspaniyada “Real Saraqosa”da, eləcə də “Beytar” (İsrail, Yerüsəlim) və “Şlensk” (Polşa, Vrotslav) klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right