AFFA meydanı özbaşına tərk edən klubu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun VII turun oyunları ilə bağlı cəzalar açıqlanıb. 

"Mil-Muğan” – "Turan Tovuz” matçının 60-cı dəqiqəsində ev sahiblərinin futbolçusu Elxan Məmmədov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

"Göyəzən” – "Şəmkir” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində Ev sahibi komanda meydançanı özbaşına tərk etmiş 2 dəqiqə sonra geri qayıtmışdır. Oyunun yenidən bərpa olunmasına baxmayaraq klub 1000 manat cərimə olunub. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq.

"Bakı” – "Şahdağ” matçında Qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

"Energetik” – "Ağsu” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

"Bakılı” – "Zaqatala” matçının 89-cu dəqiqəsində qonaqların futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right