Azərbaycan klubları üçün "qırmızı işıq"

Azərbaycanda 2024/2025 mövsümü üçün yay transfer pəncərəsi bağlanıb.

Newsport.az-ın xəbərinə görə, transfer prosesi sentyabrın 16-sı saat 23:59-da yekunlaşıb.  Beləliklə, artıq bu gündən etibarən növbəti tranfer pəncərəsi açılana qədər Azərbaycanın heç bir klubu yerli və xarici kluba məxsus heç bir oyunçunu ala bilməyəcək.

Qeyd edək ki, transfer pəncərəsi iyunun 25-də açılmışdı.

Bununla belə, transfer pəncərəsinin bağlanması klubların büttövlükdə yeni futbolçu ala bilməyəcəyi mənasına gəlmir. Sadəcə, Azərbaycan klubları qış transfer pəncərəsinə qədər yalnız azad agent statusu daşıyan - yəni heç bir kluba məxsus olmayan futbolçunu heyətinə cəlb edə bilər.

Qış transfer pəncərəsi isə 2025-ci ilin 14 yanvar - 10 fevral tarixlərini əhatə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right