Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın ilk oyunu keçirəcəyi “Tottenhem”də daxili problemlər baş qaldırıb. Newsport.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.
London klubunun Premyer Liqanın ilk 4 turunda cəmi 4 xal toplaması rəhbərliyi narahat edir. Yunanıstanlı çalışdırıcı Ange Postekoqlunun postu uğursuz nəticələrdən sonra laxlayıb. “Tottenhem” qeyri-stabil nəticələri davam etdirsə, Postekoqlu ilə qışa qədər də yolların ayrılması mümkündü.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı sentyabrın 26-da keçiriləcək.