"Zirə"nin yeni transferi nə vaxt debüt edəcək?

“Zirə”nin heyətinə qatdığı Ayron Qomis dərhal komandanın məşqlərinə qoşulub. Amma fransalı kollektivlə birlikdə çıxdığı ikinci məşqdə zədələnib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi hazırda müalicə olunur. Onun 1 həftədən sonra komandaya qoşulacağı gözlənilir.

Qomisin Misli Premyer Liqasının 8-ci turunun “Kəpəz”lə görüşündə heyətdə yer alacağı ehtimal edilir. Qeyd edək ki, 24 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər “Zirə”yə məxsusdur. O, karyerası ərzində “Amyen”, “Dünkirk”, “Kasımpaşa”, “Salernitana” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right