"Qalatasaray"ın futbolçusu "Xetafe"yə keçir

"Qalatasaray"ın futbolçusu Berkan Kutlu yenidən legioner həyatı yaşaya bilər.

Newsport.az “Fanatik”ə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi İspaniyaya yollanmaq şansına sahibdir.

Ona Primeroda yarışan “Xetafe”dən təklif gəlib. İspanlar onu bir illik icarəyə götürməyi planlaşdırır. İsveçrənin “Montey” klubunun yetirməsi “Sion”, “Alanyaspor”, “Cenoa”da da çıxış edib.

Kutlunun “Qalatasaray”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right