Misli Premyer Liqası VI turu çərçivəsində “Zirə” “Neftçi”nin qəbul edir.
Newsport.az-ın məlumatına görə, futbolçular meydana üzərində məktəbli çantası, əllərində Azərbaycan bayrağı olan uşaqlarla çıxıb. Oyunun Bilik Gününə təsadüf etməsi səbəbindən PFL tərəfindən belə təqdirəlayiq təşəbbüs irəli sürülüb.
Xatırladaq ki, saat 18:00-da start götürən matçda “qartallar” 1:0 hesabı ilə öndədir.