"Zirə" "Neftçi"yə qalib gəldi, "Turan Tovuz" "Sabah"la heç-heçə etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son oyun günündə əvvəllcə "Zirə" "Neftçi"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da mövsümə uğursuz start verən "Neftçi"nin qələbəsiz oyunlar seriyası 6-ya çatıb.

Turun mərkəzi qarşılaşmasında lider "Turan Tovuz" evdə 3-cü pillədəki "Sabah"la üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb.

15 sentyabr (bazar)

20:30.“Sabah” – “Turan Tovuz” - 2:2 

Qollar: Cessi Sekidika, 6 (1:0), Roderik Miller, 36 (1:1), Cessi Sekidika, 47 (2:1), Ayxan Hüseynov, 77 (2:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
“Bank Respublika Arena”

18:00.“Zirə” – “Neftçi” - 2:0 

Qollar: Salifu Suma, 1, Rafael Utziq, 60
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Zirə İK stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right