Premyer Liqanın XI turunun son oyununda "Rəvan”la qarşılaşan "Xəzər Lənkəran”ın görüşün əvvəlində şok yaşadığını xəbər vermişdik.
Newsport.az saytının məlumatına görə, qonaqların aparıcı müdafiəçisi Adrian Manuel Skarlatake zədələnib.
Rumıniyalı futbolçu 7-8 dəqiqə bir təhər oynasa da, sonda ağrılara dözə bilməyib, meydanı tərk edib. Meydandan çıxarkən axsaya-axsaya hərəkət edən Skarlanın durumu ilə bağlı yeni məlumat əldə etmişik.
Əldə etdiyimiz məlumata görə, rumıniyalı müdafiəçinin zədəsi ciddi deyil və o, çox güman "Qarabağ”la növbəti oyuna qədər hazır olacaq. Amma sabah klubu hər ehtimala qarşı onu tibbi müayinədən keçirəcək. Məhz müayinənin nəticəsindən sonra Skarlaya dəqiq diaqnoz qoyulacaq.