Elnur Cəfərov:"Moldova ilə oyuna çağırılıb-çağırılmacağım barədə düşünmürəm"

"Komanda şəklində mübarizə apardıq. Əziyyətimiz yerdə qalmadı. Son dəqiqələrdə qolu vurduq. Qələbə münasibəti ilə komandamı təbrik edirəm".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Elnur Cəfərov Premyer Liqanın 11-ci turunda "Rəvan"a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərə açıqlamasında deyib. 

"Rəvan"la görüşdə qələbə qolunun müəllifi olan E.Cəfərov öz çıxışı haqda bunları bildirib: "Yeganə qolun müəllifi olmağıma baxmayaraq, bu, tək mənim əziyyətim deyil. Rahid Əmirquliyev ötürmə etməsəydi, qolu vura bilməyəcəkdim. 

Bu qələbə bütün komandanın əziyyətidir. Bir neçə tur idi ki, istədiyim oyunu göstərə bilmirdim. Son olaraq ''Neftçi'' ilə matçda öz oyunumdan razı qalmışdım. Həmin oyundan sonra oyunum tam olaraq alınmırdı. Çatışmazlıqlar üzərində işləməliyəm. Moldova ilə oyuna çağırılıb-çağırılmacağım barədə düşünmürəm. Hələ ki, U-19 milli komandasının təlim-məşq toplanışda iştirak edirəm".

Qeyd edək ki, "Rəvan"la görüşün 79-cu dəqiqəsində hesabı açan Elnur Cəfərov "Xəzər Lənkəran"a 1:0 hesablı qələbə qazandırıb
.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right