"Kəpəz"in "Araz-Naxçıvan"la matçda zədələnən kapitanının durumu bəlli oldu

“Araz-Naxçıvan” ilə oyunun sonlarında mübarizə anında rəqib futbolçu ilə toqquşmadan sonra qıcolma tutması keçirən “Kəpəz”in futbolçusu Yeqor Xvalkonun vəziyyəti yaxşıdır.

Newsport.az-ın məlumatına görə, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəstəxanaya aparılan kapitan müvafiq müayinələrdən keçirilib və səhhətində problem aşkarlanmayıb.

Qeyd edək ki, “Kəpəz” “Araz-Naxçıvan”a 0:1 hesabıyla məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right