Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubunun qonağı olacaq "Qəbələ" bu gün saat 16:00-da çarter reysi ilə Dortmunda yollanacaq.
Newsport.az-ın məlumatına görə, komandamız Dortmunda yollansa da, bu şəhərdə qala bilməyəcək.
Belə ki, Dortmunddakı otellərin heç birində yer olmadığından, "Qəbələ" 15 km aralıdakı Bohum şəhərində məskunlaşacaq.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də "Siqnal İduna Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.