Vurğun Hüseynov "Kəpəz"dən ayrıldı

"Kəpəz" futbolçusu Vurğun Hüseynovla yolları ayırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Klub xidmətlərinə görə Vurğun Hüseynova təşəkkür edib, gələcək həyatında uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü ötən ilin yayından "Kəpəz"də çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right