Yunis Hüseynov: “Buna bir az etiraz etdim”

"Ötən tur məğlub olmağımıza baxmayaraq, qol imkanlarımız olmuşdu. Bu oyuna da qələbə üçün çıxmışdıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib. 
 
Azərbaycan Premyer Liqasının XI turunun son görüşündə səfərdə "Rəvan”ı 1-0 hesabı ilə məğlub edən cənublular turnir cədvəlində 1 pillə irəlilədi. "Sumqayıt”ı ötərək 7-ci pilləyə qalxan "ağ-yaşıllar”ın çalışdırıcısı oyundan sonra qələbəni belə şərh edib:

"Matçın ilk dəqiqələrində Skarlatake zədələndi. Heyətin 99 faizi gənc futbolçulardan təşkil olunub. Tounkara zədədən yeni qayıdıb və yenidən zədələnməkdən qorxur. Rəqib oyunçu Tounkaranı vurdu. Məqsəd Tounkaranı hirsləndirmək idi. Sonda mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı. Buna bir az etiraz etdim. Qarşıda çətin oyunlarımız var. Həmin görüşlərə hazırlaşacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right