Samir Əliyev: “Səhv olmalıdır ki, top da qapıdan keçsin”

"Oyundan öncə çox şey yazıldı. Amma hər şey meydançada həll olunur və siz necə gərgin mübarizənin getdiyini gördünüz”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.
 Azərbaycan Premyer Liqasının XI turu "Neftçi” üçün uğurlu alındı. Paytaxt klubu səfərdə "Sumqayıt”ı 2-1 hesabı ilə məğlub etdi.  Matçdan sonra bakılıların çalışdırıcısı qələbəni belə şərh edib: 
"Biz bir neçə oyundur ki, qələbə qazana bilmirdik. Sumqayıt səfərində qazanılacaq 3 xal bizə hava və su kimi lazım idi. İlk hissədə hesabda geri olsaq da, ikinci hissədə dönüş edə bildik. Futbol səhvlər üzərində qurulub. Bundan öncəki oyunlarda səhvlər etdik, məğlub olduq. Səhv olmalıdır ki, top da qapıdan keçsin”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right