“CBC Sport”dan azarkeşlərə bəd xəbər ÖZƏL

Ölkəmizdə yeni yaradılmış "CBC Sport”un noyabra qədər test yayımında olacağı əvvəlcədən məlum idi.

Newsport.az-ın məlumatına görəkanal rəhbərliyi əvvəlcə noyabrın 1-dən, sonra isə bu tarixdə Milli Məclisə seçkilərin keçirilməsini səbəb göstərərək ayın 2-dən tam yayıma keçəcəyini açıqlamışdı. Amma əldə etdiyimiz məlumata görə, "CBC Sport”un bu istəyi elə istək olaraq qalacaq.
 
Belə ki, kanal "Azerspace” peykinə çıxmağı lazım bilməyib. Əldə etdiyimiz bilgiyə görə, səbəb "AzərKosmos”un tələb etdiyi məbləğin kanal rəhbəriyini razı salmamasıdır. Bir sözlə, yeni yaradılmış kanal peykə çıxmaqdan imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right