Kloze Emreli haqda: Bərpası uzun çəkdi

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı üzvü Mahir Emreli haqda fikir bildirib. Newsport.az xəbər verir ki, o, zədəsini sağaldaraq kollektivlə məşqlərə başlayan Emrelinin 2-ci Bundesliqanın növbəti turunda meydana çıxacağının sual altında olduğunu deyib.

“Demişdik ki, Mahiri “Maqdeburq”la oyuna çatdıra bilməsək, “Ulm”la görüşə hazırlayacağıq. Amma bərpa prosesi düşündüyümüzdən uzun çəkdi. Ola bilsin, Emrelinin daha 2-3 günə ehtiyacı olacaq”, - deyə M.Kloze vurğulayıb.

Qeyd edək ki, "Nürnberq" 4 turdan sonra 4 xal toplayıb və turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right