"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, Anqola əsilli portuqaliyalı Valdemar Almeyda "sarı-göylər"in şərəfini qoruyacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı oyunçu ampluaca yarımmüdafiəçidir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
"Pana" ləqəbli futbolçu ötən mövsüm "Səbail"də çıxış edib.