"Azərbaycan millisi ilə oyunda qələbə gözləyirəm"

"Azərbaycan millisi ilə oyunda futbolçularımdan qələbə gözləyirəm. Komandamızın oyun keyfiyyətinin birinci plana keçməsini, taktiki baxımdan intizamlı olmasını istəyirəm".

Newsport.az xəbər verir ki, bu sözləri Serbiyanın U-21 millisinin baş məşqçisi Lyubinko Druloviç bildirib. O, Serbiya Futbol Federesiyasının mətbuat xidmətinə açıqlamasında bu gün Avropa çempionatının seçmə mərhələsində Azərbaycan U-21 millisi ilə Bakıda keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Druloviçin sözlərinə görə, Azərbaycan millisi istisnasız olaraq müdafiədə oynayan, amma hücumda da yaxşı futbolçuları olan komandadır: "Uzun məsafə və Bakının istisi səbəbindən uyğunlaşmaya vaxt getdi. Amma mən əminəm ki, meydanda yaxşı oyun sərgiləyəcəyik".

Qeyd edək ki, Azərbaycan və Serbiya U-21 milli komandaları arasında görüş bu gün saat 19:00-da başlanacaq. Oyun "Dalğa Arena"da təşkil ediləcək.

Hazırda Azərbaycan millisi 7 oyundan 3 xalla qrupda sonuncu, Serbiya isə 8 matçdan 10 xalla 3-cü yeri tutur. Hər iki komanda qrupdan çıxmaq şansını tamamilə itirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right