"Neftçi"nin sabiq futbolçusu Qətər klubuna keçə bilər

"Neftçi" ilə yollarını ayıran Ataa Caber karyerasını Qətərdə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Ysscores" nəşri məlumat yayıb.

"Qətər SC" 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

2022-ci ildə Bakı klubuna transfer olunan A.Caber “Neftçi”nin heyətində meydana çıxdığı 58 oyunda 9 qola imza atıb. "Ağ-qaralar" iyunun 28-də fələstinli oyunçu ilə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right