Veşoviç oynamadı, komandası uduzdu

“Qarabağ”ın futbolçusu Marko Veşoviçin dəvət aldığı Monteneqro yığması növbəti oyununu keçirib. Newsport.az xəbər verir ki, Monteneqro millisi UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində Uelsi qəbul edib.

Görüş britaniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin keçmiş baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçki bu oyunda “Qarabağ”ın müdafiəçisinin adını iştirak ərizəsinə daxil etməyib.

Qeyd edək ki, 2 turdan sonra xalsız qalan Monteneqro yığması qrupda sonuncu pillədədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right