"Qəbələ"nin zədələnən qapıçısı Dmitri Bezotosnının hansı müddətə yaşıl meydanlardan kənar düşdüyü məlum olub.
Newsport.az-ın əldə etdiyi məlumata görə, "Kəpəz"lə matçda zədələnən qolkiper bu gün tibbi mayinədən keçib. O, 2 həftə "Qəbələ"yə kömək edə bilməyəcək.Onun zədəsinin ciddi olmadığı aşkarlanıb.
Bu barədə məlumatı saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də bildirib.
Təcrübəli qpaıçı noyabrın 27-də PAOK-la səfər matçında komandaısna kömək edə biləcək.
Qeyd edək ki, öncədən futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanmışdı.