“Qarabağ” onunla yollarını ayırdı Rəsmi

“Qarabağ” hücumçusu Hamidu Keytayla yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Forvard Türkiyənin “Konyaspor” klubuna keçəcək.

Qeyd edək ki, 2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right