Slovakiya millisinin futbolçusu David Streleç Millətlər Liqasının 2-ci turunda evdə Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Newsport.az Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycana qol vuran hücumçu deyib:
"Azərbaycana qarşı yaxşı oynadıq. Koşitsedəki atmosfer fantastik idi. Axı 26 ildir burada oynamırdıq. Ona görə də azarkeşləri sevindirmək üçün motivasiyamız yüksək idi. Şadam ki, bunu edə bildik və qalib gəldik".