“Oyunu idarə edən tərəf biz idik” Martin Dubravka

Slovakiya yığmasının qapıçısı Martin Dubravka Millətlər Liqasında Azərbaycan millisinə qalib gəldikləri (2:0) oyun haqda danışıb. Newsprot.az xəbər verir ki, o, uğurlu nəticəni növbəti görüşlərdə də davam etdirəcəklərinə inandığını qeyd edib.

Dubravka millimizlə matçda əllərinə düşən imkanlardan lazımınca faydalandıqlarını vurğulayıb: “Düzgün anı gözləmək lazım idi. Bu görüşdə uşaqlara kömək edə bildiyim üçün şadam. Azarkeşlərimiz stadionda möhtəşəm atmosfer yaratmışdılar. Oyunu idarə edən tərəf biz idik. Qələbə qazanaraq istəyimizə çatdıq. Növbəti görüşlərdə uğurlu seriyanın ardıcını gətirəcəyimizə şübhəm yoxdu”.

Qeyd edək ki, Slovakiya yığması 2 oyundan sonra 6 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right