Azərbaycan Premyer Liqasının X turunda AZAL-ı 2-0 hesabı ilə məğlub edən "Qarabağ” hazırlıqlarını istirahət etmədən davam etdrir.
Newsport.az saytının məlumatına görə, ötən gün bəzi oyunçulara istirahət verildiyi üçün tam heyətlə məşq edə bilməyən Ağdam klubu bugündən etibarən məşqləri tam heyətlə davam etdrir. "Monako” ilə oyunöncəsi Ağdam təmsilçisinin heyətində yeganə itki Reynaldo ilə bağlıdır.
Qeyd edək ki, "Qarabağ” – "Monako” oyunu noyabrın 5-də Tofiq Bəhramovadına Respublika stadionunda keçiriləcək.