"Tottenhem” "Qarabağ"la oyunu itki ilə çıxacaq

“Tottenhem” klubu Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda "Qarabağ"la keçirəcəyi oyuna itki ilə çıxacaq. Newsport.az xəbər verir ki, buna səbəb London təmsilçisinin argentinalı futbolçusu Kristian Romeronun cəzalı olmasıdı.

Belə ki, 26 yaşlı müdafiəçi iki mövsüm əvvəl aldığı qırmızı vərəqəyə görə cəzalı duruma düşüb. Romero 2022/2023 mövsümündə "Milan"la Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında ikinci sarı vərəqəni alaraq meydandan uzaqlaşdırılmışdı. Bu səbəbdən də Argentina millisinin üzvü “Qarabağ”la İngiltərədə baş tutacaq qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" görüşü sentyabrın 26-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right