“Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik” – Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı məşqçi 0:2 hesablı məğlubiyyətə baxmayaraq, komandanın sona qədər mübarizə apardığını söyləyib:

"Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularımız sona qədər mübarizə apardılar. Oyuna rəqib daha yaxşı başladı. Biz Slovakiya yığmasının hücumlarının qarşısını almağa və əks-hücumlara keçməyə çalışdıq. Rəqib daim təzyiq edirdi. Bu cür güclü komandalara qarşı intensiv oynamaq vacibdir. Ən vacibi, mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini artırsaq, gələcəkdə uğurlu nəticələr qazanarıq. Bu komandanı müsbət məqamda dəyişəcəyimə yüz faiz inanıram. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik".

Azərbaycan millisi C Liqasının 1-ci qrupunun ilk görüşündə İsveçə də 1:3 hesabı ilə uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right