21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Bastyen Deşepi olacaq. Ona həmyerliləri Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 10-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Serbiya matçı saat 19:00-da start götürəcək.