“Ulduz Cup”a yekun vurulub

Azərbaycanda 12 yaşadək futbolçular arasında təşkil olunan “Ulduz Cup” beynəlxal turnirinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Ulduz Cup” beynəlxalq futbol turnirinə sentyabrın 6-da yekun vurulub.

Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən turnirdə 5 ölkədən 8 komanda iki qrupda mübarizə aparıb. “A” qrupunda “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA, Şimali Kipr Türk Respublikasının yığma komandası və Quba OİK, “B” qrupunda isə “Dinamo Minsk” (Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayıb.

Turnirin final matçında “Ulduz” Futbol Akademiyasının komandası “Dinamo” (Minsk, Belarus) kollektivi ilə üzləşib.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn “Dinamo” komandası beynəlxalq turnirin qalibi adını qazanıb.

Quba Olimpiya İdman Kompleksində reallaşan tədbirin mükafatlandırma mərasimində çıxış edənlər “Ulduz Cup” beynəlxalq turnirinin ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildiriblər.

Çıxışlardan sonra qalib komandaya kubok və medallar təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right