“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub – 1:3. Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right