Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə iki görüş keçirilib.
Öncə “Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Bu görüşdə hesabı meydan sahibləri açsa da, sonda qonaq komanda qalib gəlib. Beləcə, paytaxt təmsilçisi uzun fasilədən sonra 3 xala sevinib, sumqayıtlılar isə Samir Abasovun gəlişindən sonra ilk dəfə meydanı məğlubiyyətlə tərk ediblər.
Turun qapanış matçında isə turnir cədvəlinin son pillələrində qərarlaşan iki komanda - “Rəvan”la “Xəzər Lənkəran” qarşılaşıb. Bu görüşün taleyini bir qol həll edib. Cənublular matçın sonlarında vurulan qol sayəsində səfərdən 3 xalla dönüblər.
Azərbaycan Premyer Liqası
11-ci tur
2 noyabr (bazar ertəsi)
“Sumqayıt” - “Neftçi” - 1:2 (1:0)
Qollar: U.Pamuk, 7 (1:0). F.Muradəyli, 72 (1:1). R.Qurbanov, 77 (1:2).
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev.
Sumqayıt. “Kapital Bank Arena”.
“Rəvan” - “Xəzər Lənkəran” - 0:1 (0:0)
Qol: E.Cəfərov, 79 (0:1).
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Bakı. “Bayıl Arena”.
Turun digər oyunları: “İnter” - “Zirə” - 0:0, “Qəbələ” - “Kəpəz” - 1:2, "Qarabağ" - AZAL - 2:0.