AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqasında II turunun oyunları keçirilib. Newsport.az xəbər verir ki, turun yalnız UFA – “Kəpəz” görüşü baş tutmayıb.
“Sabah”, “Zirə” və “Araz-Naxçıvan” ardıcıl ikinci qələbəni qazanıblar. Xüsusən də, “Sabah” “Neftçi”ni böyük hesabla üstələyib. Mövsümdə ilk görüşünə çıxan “Səbail” isə “Turan Tovuz”u məğlub edib.
Gənclər Liqası
II tur
“Neftçi” – “Sabah” – 0:3
Jighjigh Stephen Ende, 11, 18, Babamirzə Mehdiyev, 69
“Araz Naxçıvan” – “Qarabağ” – 1:0
Səbuhi Məmmədov, 45+1
“Qəbələ” – “Şamaxı” – 1:2
Tunar Mehdiyev, 70 - Anar Qarayev, 33, Nicat Xasıyev, 50
“Zirə” – “Sumqayıt” – 3:0
Nuran Muradlı, 52, Samin Həsənzadə, 76, Rauf Qafarov, 90
“Turan Tovuz” – “Səbail” – 0:1
Elnur Cəfərov, 7