"Sumqayıt"a lazım olmadı, Asiyada oynayacaq

“Sumqayıt”ın yollarını ayırdığı Erik Sorqa karyerasını Asiyada davam etdirəcək.

Newsport.az xəbər verir ki, 25 yaşlı hücumçu Vyetnamda oynayacaq.

Estoniya millisinin üzvü yüksək liqada çıxış edən “Ho Çi Min Siti” klubu ilə anlaşıb.

"Sumqayıt"a lazım olmayan hücumçu asiyalılarla iki illik müqaviləyə qol çəkib. Qeyd edək ki, Sorqa ötən yay "Lokomotiv"(Plovdiv) klubundan "Sumqayıt"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right