"Kəpəz"dən rekord göstərici

Bu mövsüm yenidən Premyer Liqada oynamaq hüququ qazanan “Kəpəz” uğurlu çıxışı ilə diqqət çəkir.

Newsport.az-ın xəbərinə görə, Gəncə təmsilçisi proqnozların əksinə olaraq, çempionatda son 5 oyunda məğlubiyyətin nə olduğunu bilmir. Maraqlıdır ki, Şahin Diniyevin komandası 5 oyundan 4-də qələbə qazanıb, yalnız 1 görüşdə heç-heçə edib. Komanda bu gün Qəbələdə yerli komandaya son saniyələrdə vurulan qol sayəsində 2:1 hesabı ilə qalib gəlib ki, bu nəticəni də turun sensasiyası saymaq olar.
“Kəpəz” 11 turda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 3 oyunda isə uduzub. Hazırda Gəncə klubu 18 xalla turnir cədvəlində “Zirə” ilə birgə 4-5-ci yeri bölüşdürür. Komandanın son məğlubiyyəti 6-cı turda “İnter”lə oyuna (0:1) təsadüf edir. O vaxtdan bəri isə “Kəpəz” məğlubiyyətin nə olduğunu bilmir:

7-ci tur. “Kəpəz” – “Sumqayıt” – 3:1

8-ci tur. “Rəvan” – “Kəpəz” – 0:2

9-cu tur. “Kəpəz” – “Xəzər Lənkəran” – 1:0

10-cu tur. “Zirə” – “Kəpəz” – 2:2

11-ci tur. “Qəbələ” – “Kəpəz” – 1:2

Qeyd edək ki, bu, cari çempionatın ən yaxşı göstəricilərindəndir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right